Bakı-Tel-Əviv reyslərinin sayı artırılır

İyulun 11-dən əlavə reys həyata keçiriləcək
Xəbərlər 3 Iyul 2014 00:00 1575
Bakı-Tel-Əviv reyslərinin sayı artırılır
Bakı-Tel-Əviv (İsrail) və əks istiqamətində yerinə yetirilən uçuşların sayı artırılır. Heydər Əliyev Hava Limanından seyyah.az-a verilən məlumata görə, iyulun 11-dən əlavə reys həyata keçiriləcək.

 

Belə ki, həftənin çərşənbə günləri Bakıdan Tel-Əvivə təyyarə saat 09:35, Tel-Əvivdən Bakıya isə 17:50-də gələcək.

 

Digər bir dəyişiklik isə qeyd edilən istiqamətdə uçuşların saatları ilə əlaqədar edilib. Belə ki, iyulun 20-dən avqustun 31-ə qədər Bakıdan təyyarə 18:00-da yola düşəcək və 19:25 Tel-Əvivə çatacaq. Tel-Əvivdən Bakı istiqamətində uçan təyyarə isə 20:45 qalxacaq və 02:15-də Azərbaycanın paytaxtına enəcək.

 

Qeyd edək ki, Bakı-Tel-Əviv və əksinə müntəzəm uçuşlar həftənin bazar günləri yerinə yetirilir. Bakıdan Tel-Əvivə təyyarə 09:35-də, geri isə 17:50-də qayıdır.


Xatırladaq ki, "Azərbaycan Hava Yolları"nın bütün beynəlxalq reysləri iyulun 15-dən etibarən Heydər Əliyev Beynəlxalq aeroportunun 1-ci Terminalından həyata keçiriləcək.

OXŞAR XƏBƏRLƏR