Azərbaycan turistlərinin sayında 28% artım

Azərbaycan turistlərinin sayında 28% artım
Xəbərlər 9 Oktyabr 2017 10:34 495
Azərbaycan turistlərinin sayında 28% artım

Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı artıb.

Türkiyə mediasının verdiyi xəbərə görə, ötən ilin 8 ayı ilə müqayisədə bu ilin eyni dövründə qardaş ölkəyə gedən vətəndaşlarımızın sayında 28% artım olub.
Səyyah.az turizm portalının xəbərinə görə hesabat dövründə Qərbi Avropa ölkələrindən Türkiyəyə səfər edənlərin sayında azalma baş versə də ümumilikdə MDB ölkələrindən səfər edən turistlərin sayı artıb. 
Türkiyəyə gələn turistlərin sayında artıma görə siyahıya Rusiya liderlik edir. Belə ki, bu ilin 8 ayı ərzində Rusiyadan Türkiyəyə səfər edən turistlərin sayı 9,9 dəfə artıb. Daha sonra siyahıda 2,25 dəfə artımla Belarus, 74%-lə Qazaxıstan, 47%-lə Tacikistan, 28%-lə Azərbaycan və 23%-lə Ukrayna gəlir.

OXŞAR XƏBƏRLƏR