Bakıda oteldə fitnes boksu üzrə məşqlər-QİYMƏT

Bakıda oteldə fitnes boksu üzrə məşqlər-QİYMƏT
Xəbərlər 9 Oktyabr 2017 13:47 560
Bakıda oteldə fitnes boksu üzrə məşqlər-QİYMƏT

“Excelsior Hotel & Spa Baku" oteli fitnes boksu üzrə məşqlərə başladığını elan edir.

Belə ki, bu ilin noyabr ayının 4-dən başlayaraq, fitnes boksu üzrə ilk qrupun təlim məşqlərinə start veriləcək.. Sağlam həyat tərzi keçirən insanlarda idmanın bu növünə maraq getdikcə artmaqdadır. Fitnes boksu son dövrlərdə olduqca böyük populyarlıq qazanıb. Təcrübə göstərir ki, sağlam və güclü olmaq istəyənlər üçün fitnes boksu olduqca əlverişli idman növüdür. Çünki fitnes boksu insanlara öz fitnes məqsədlərinə çatmaq üçün bütün bədəni çalışdıran ən hərəkətli məşqlərdən biridir. Bu idman növü ümumilkdə bədənin gücünü və sürətini artırır, aerobik hərəkətliliyi də ehtiva etməklə, artıq kalorinin yandırılmasını təmin edir və güclü əzələ sistemi yaradır. Bundan başqa, məşqlər zamanı əzələ və oynaq zədələnməsi riskləri olmur. Fitnes boksu güclü fiziki və ruhi sağlamlığın vəhdətinə şərait yaradan ən münasib idman növlərindən biridir. “Excelsior Hotel & Spa Baku" otelində sözügedən idman növü üzrə məşqlər peşəkar məşqçilərin rəhbərliyi altında çox münasib bir şəkildə və yüksək səviyyədə keçiriləcək.

Oteldən Səyyah.az turizm portalına verilən məlumata görə məşqlər həftədə iki dəf keçiriləcək və qiyməti 1 ay üçün 260 manat olacaq. Bu qiymətə məşqlərlə yanaşı, həmin gün üçün otelin saunasından, digər idman növlərindən və digər bu kimi xidmətlərindən istifadə də daxildir.

OXŞAR XƏBƏRLƏR