Azərbaycandan bu ölkələrə turist getmir - Açıqlama

Azərbaycandan bu ölkələrə turist getmir - Açıqlama
Xəbərlər 10 Oktyabr 2017 09:23 843
Azərbaycandan bu ölkələrə turist getmir - Açıqlama

Azərbaycanlı turistlər daha çox yaxın ölkələrə üz tuturlar.

Səyyah.az turizm portalının məlumatına görə bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

Onun sözlərinə görə, azərbaycanlıların seçimində ilk yerdə Tükiyədir: “Azərbaycandan digər ölkələrə daha çox sağlamlıq turizmi ilə əlaqəli gedirlər. Bu siyahıya İran, Rusiya, Ukrayna daxildir. Səyahət turizminə görə Türkiyə, Çexiya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Gürcüstana üz tuturlar. Sağlamlıq turizmi baxımından Çexiya da həmvətənlərimiz üçün cəlbedici ölkədir”.

Müzəffər Ağakərimov qeyd edib ki, Azərbaycandan uzaq ölkələrə turist kimi gedənlərin sayı çox azdır: “Turistlər üçün gedəcəyi ölkələrin ilk növbədə sabitliyi, ucuzluğu, yaxınlığı mühim rol oynayır. Uzaq məsafələrə getmək baha başa gəlir. Məsələn, Kanada, Amerika Birləşmiş Ştatları, Avstraliya, Yeni Zelandıyaya Azərbaycandan turist getmir. Tək-tək turist getsə də, qrup halda turist gedişi nadir hadisədir”.

OXŞAR XƏBƏRLƏR