ABŞ və Türkiyənin qarşılıqlı olaraq vizaların verilməsini təxirə samaları Türk Hava Yollarının (THY) dövriyyəsinin 1 milyard dollar azalmasına səbəb ola bilər.
Səyyah.az turizm portalı "marja"ya istinadən xəbər verir ki, THY Türkiyədən ABŞ-a birbaşa uçan yeganə şirkətdir. ABŞ-a gediş-gəliş 2 milyona yaxın sərnişin daşıyan THY-nin dövriyyəsinin 10-da 1-i bu bazardandır.
AMERİKALI TURİSTİN PAYI 1.2%-DİR
Bu ilin 8 ayında ABŞ pasportu ilə Türkiyəyə 899 min 106 nəfər gəlib. ABŞ əsilli turistlərin Türkiyəyə gələn ümumi turist içərisindəki çəkisi 1.2 faiz olub.