"Moskva–Qəbələ" təyyarə reysi açılır

Uçuşlar çərşənbə axşamı, cümə axşamı və şənbə günü həyata keçiriləcək
Xəbərlər 4 Iyul 2014 00:00 1769
"Moskva–Qəbələ" təyyarə reysi açılır

Rusiyanın "Koqalımavia" şirkəti iyulun 12-dən "Domodedovo" aeroportundan Moskva-Qəbələ reysini açır. Seyyah.az trend.az-a iatinadən məlumat verir ki, bu barədə "Azərbaycan Hava Yolları" (AZAL) QSC-dən bildiriblər.

Uçuşlar çərşənbə axşamı, cümə axşamı və şənbə günü həyata keçiriləcək.

Hazırda bu marşrut üzrə reys yalnız Rusiyanın "Ural Hava Yolları" aviaşirkəti tərəfindən həyata keçirilir. Uçuşlar çərşənbə, cümə və bazar günləri reallaşır.

Trend.az

OXŞAR XƏBƏRLƏR