Əbülfəs Qarayev: "Turizm mərkəzlərində monitorinqlər həyata keçirilir"

Xəbərlər 4 Iyul 2014 00:00 1703
Əbülfəs Qarayev: "Turizm mərkəzlərində monitorinqlər həyata keçirilir"

“Hazırda bütün turizm mərkəzlərində monitorinqlər həyata keçirilir. Dünən bununla bağlı əmr imzalamışam”. Seyyah.az SalamNews-a istiadən xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.


O bildirib ki, monitorinqlər üç istiqamətdə, Mədəniyyət və Turizm, İqtisadiyyat və Sənaye, o cümlədən Səhiyyə nazirliklərinin əməkdaşları ilə birlikdə aparılır: “Onlar monitorinqlər çərçivəsində istirahət mərkəzlərinin qaydalara uyğun olub-olmamalarını təhlil edirlər və xidmətlərin keyfiyyətinin artırılmasına müəyyən təkan verirlər. Onu da etiraf edim ki, sahibkarlar bu işə lazımi qədər məsuliyyətlə yanaşmırlar. Əgər onlar bizim tövsiyyələrimizi yerinə yetirmirlərsə, biz daha güclü inzibati tədbirlər görürük.”


Nazir vurğulayıb ki, ötən il 6-7 şirkətin və otelin lisenziyası ləğv edildi. Bakı- 2015 Avropa Oyunlarına hazırlıq dövründə bu məsələyə xüsusi diqqətlə yanaşılır: “Çünki biz Olimpiya Oyunlarına qədər Azərbaycanda otelləri lisenziyalaşdırmalıyıq. Monitorinqlər göstərir ki, bu yay mövsümündə istirahət mərkəzlərində normal şərait yaradılır”.

OXŞAR XƏBƏRLƏR