40 avroya Milan, Berlin, Münhenə get…

40 avroya Milan, Berlin, Münhenə get…
Xəbərlər 12 Oktyabr 2017 11:05 964
40 avroya Milan, Berlin, Münhenə get…

Gürcüstan Avropanı heyran qoymaqda davam edir

Səyyah.az turizm portalının məlumatına görə Gürcüstanın yeni baş naziri Georgi Kvirikaşvili öz “Facebook” səhifəsində Kutaisidən Avropanın müxtəlif şəhərlərinə açılacaq yeni reyslər və qiymətlərdən yazıb.

“WizzAir” şirkətinin həyata keçirdiyi uçuşların qiymətləri çox ucuz və sərfəlidir. Şirkət uçuşlara sentyabrdan başlayacaq. Beləliklə, qiymətlərlə tanış olun 

Kutaisi – Milan 40 avro

Kutaisi – Berlin 40 avro

Kutaisi – Münhen 40 avro

Kutaisi – Dortmund 40 avro

Kutaisi – Saloniki 30 avro

Kutaisi – Sofia 30 avro

Kutaisi – Larnaka 25 avro

Bakıdan Milana biletlərin qiyməti 337 manatdan başlayır. Ekonom standartın tək gediş qiyməti isə 526 manat yəni 337 avrodur. Bakı- Berlin reysi isə 599 manatadır (351 avro). Belə gülməli… 

Qeyd: ​WizzAir​ aviaşirkəti martın sonlarından ucuz qiymətə Bakı-Budapeşt-Bakı reysini həyata keçirəcək. Bundan əlavə, WizzAir Gürcüstanın Kutaisi şəhərindən 5 istiqamətdə – Budapeşt, Katowice, Kiyev, Varşava, Vilnüsə uçuş gerçəkləşdirir. Biletlər 20 avrodan başlayır. Kutaisiyə Tiflisdən Türkiyəyə gedən avtobuslarla getmək mümkündür (qiyməti təxminən 5 manat).

OXŞAR XƏBƏRLƏR