Azərbaycan payızda ölkəyə gələn turistlərin sayını artırmaq niyyətindədir.
Səyyah.az turizm portalı xəbər verir ki, trend-in məlumatına görə, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, Bakı hər zaman həm yay, həm də qış mövsümündə turistlər arasında populyar yer olub, lakin payızda turist axını bir qədər azalır.