Bəlkə də çoxları bilmir, amma Bakıdakı məşhur
brendlər – mağaza, restoran və istirahət
məkanları ad günü olanlar üçün maraqlı
sürprizlər hazırlayırlar.
Bu barədə məlumatı olanlar ad günlərində ikiqat
sevinc əldə edə bilərlər.
Seyyah.az turizm və istirahət portalı hər kəsə
maraqlı olacağını nəzərə alaraq brendlərin ad
günü olanlara hədiyyələrini təqdim edir.
Phantom Quests – HƏDİYYƏ TORT

Phantom Quests kvest mərkəzi ad günü olanlar üçün aksiya təqdim edir. Ad gününüzü mərkəzdə keçirdin və "Lezzet"-dən tort hədiyyə alın.
Şərt: Bir kvest keçmək mütləqdir.
Park Cinema – PULSUZ BİLET

Ad günü olanlar Park Cinemada kinoteatrdan istənilən kinoya pulsuz bilet əldə edə bilər. Şəxsiyyət vəsiqələrinizi unutmayın!
Galiano Lounge - 20% ENDİRİM

Galiano Lounge dp ad günü olanlara hədiyyə hazırlayıb. Artıq məkanda keçirilən ad günü tədbirlərinə 20% endirim əldə edə bilərsiniz.
Qeyd: Şəxsiyyəti təsdiq edən sənədi təqdim etmək şərti ilə.
Nikki Restaurant- 15% ENDİRİM

Ad gününüzdə Nikki Restaurant-a gəlin, bütün menyuya 15%-lik ləzzətli endirim əldə edin! Bununla bitmədi! Restaran ad günü sahibinə bir şüşə şərab da hədiyyə edir!
Enerji – YAŞA UYĞUN ENDİRİM

Enerjidə ad gününü həm şən, həm də ucuz qeyd etmək şansı var. Enerjidə ad gününü qeyd edənlər bu klubdan yaşı qədər endirim alır. Fürsətdən yararlanın.
Billionaire Lounge - Bayram dekorasiyası hədiyyə

Billionaire Lounge Baku-da banketlərinizi keçirdin və hədiyyə olaraq bayram dekorasiyasini pulsuz əldə edin.