Almaniya mediasında yer alan xəbərlərə görə, "Lufthansa"nın İcraçı Direktoru Carsten Spohr, Berlində verdiyi açıqlamada "Lufthansa"nın, iflas edən hava yolu şirkəti "Air Berlin"i 81 təyyarəsi və 3 min əməkdaşı ilə satın alacğını deyib.Səyyah.az turizm portalının məlumatına görə "marja" xəbər verir ki, iki hava yolu şirkətinin satınalma müqaviləsini bu gün Berlində imzalayacağını bildirən Spohr, "Bu gün bir neçə saat ərzində imza atacağımız böyük gündür", - ifadəsini istifadə edib.
Spohr, satınalma razılaşması ilə rəqabətin Avropa və dünya miqyasında intensiv xarakter alacağını, bilet qiymətlərində daha da azalma olacağını qeyd edib.