Sürət qatarlarında Bakı-Gəncə yolu üzrə gediş haqqı açıqlanıb.
"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov sürət qatarlarında Bakı-Gəncə üzrə gediş haqqının ilkin qiymətləndirməyə əsasən 10-14 dollar olacağını bildirib:
"Yəni biletin qiyməti 20 manatdan çox olmayacaq". Səyyah.az turizm portalının xəbərinə görə Bakıdan Gəncəyə sürət qatarı ilə sərnişinlər təxminən 4 saata çata biləcəklər.