Qazaxda "II Beynəlxalq Həmzə Nigari Simpoziumu" keçiriləcək

Xəbərlər 7 Iyul 2014 00:00 1295
Qazaxda "II Beynəlxalq Həmzə Nigari Simpoziumu" keçiriləcək

Sentyabrın 20-22-də Qazax rayonunda "II Beynəlxalq Həmzə Nigari Simpoziumu" keçiriləcək. "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyindən seyyah.az-a verilən məlumata görə, tədbirdə Həmzə Nigarinin həyatı və yaradıcılığı, sufizm və nəqşibəndilik, sufi ədəbiyyatı və Azərbaycanda sufizm və nəqşibəndilik mövzularında müzakirələr aparılacaq. 

 

Məlumatda bildirilir ki, simpozium iştirakçıları tezis və əlaqə məlumatlarını, qısa tərcümeyi-hallarını  hamzanigari@gmail.com e-mail ünvanına göndərməlidir. Tezislər mövzunu əhatə etməli, 300 sözdən çox olmamalıdır. Qazaxdakı bütün xərclər simpozium təşkilatçıları tərəfindən qarşılanacaq. Yol xərcləri isə iştirakçıların özlərinə aiddir.

 

Simpoziumun təşkilatçıları Amasiya Azərbaycan Türkləri Kültür, Sanat və Dayanışma Dərnəyi, Qafqaz Universiteti Qafqaz Araşdırmaları İnstitutu, Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu, "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyidir.

 

Qeydiyyat və tezislərin son göndərilmə tarixi: 20 sentyabr 2014

İştirakçıların elan edilməsi: 01 oktyabr 2014

Rəsmi dəvətnamələrin göndərilmə tarixi: 05 oktyabr 2014

Məqalələrin son göndərilmə tarixi: 20 oktyabr 2014

Gəliş və qeydiyyat tarixi: 19 oktyabr 2014

Simpozium tarixi: 20-22 oktyabr 2014

 

ÜNVAN

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi,

Əhməd Cavad 15, Şəhər Ticarət Mərkəzi 2-ci mərtəbə, Bakı Azərbaycan

Tel: +994 12 408 92 25

Web adres: www.miras.az

E-mail: hamzanigari@gmail.com

OXŞAR XƏBƏRLƏR