Facebook restoranları da nəzarətə götürür - YENİLİK

Facebook restoranları da nəzarətə götürür - YENİLİK
Xəbərlər 14 Oktyabr 2017 21:38 549
Facebook restoranları da nəzarətə götürür - YENİLİK

Sosial media nəhəngi Facebook, ABŞ-da yemək sifarişi qəbuletmə xidmətinə başlayacağını bildirib.


 
Seyyah.az turizm və biznes portalı Facebook-un yaydığı açıqlamaya istinadən xəbər verir ki, istifadəçilərin ətraflarındakı restoranları Facebook üzərindən görə biləcəyi, sifarişlərin "evə təslim" və ya "restorandan al" variantları ilə müştərilərə çatacağı qeyd olunub.


 
 Açıqlamada, istifadəçilərin, ətrafındakı restoranlar haqqında dostlarının şərhlərini də oxuya biləcəyi vurğulanıb.


 
Açıqlamada, ABŞ-dakı restoranlardan Papa John's, Wingstop, Panera, Jack in the Box, TGI Friday's, Denny's, El Pollo Loco, Chipotle, Jimmy John's və Five Guys-ın Facebook istifadəçilərinə "evə təslim" variantını təqdim edəcəyi bildirilib.

 

Delivery.Com, Doordash, Chownow, Zuppler, Eatstreet, Slice və Olo adlı internet saytları ilə razılaşmış restoranlardan da istifadəçilərin sifariş verə biləcəyi qeyd olunub.


 
Facebook-un yemək sifarişi xidmətindən şəxsi kompüterlər, Android və iOS əməliyyat  sisteminə malik cihazlardan istifadə edilə bilinəcəyi vurğulanıb.
 


Facebook-un yeni xidməti sayəsində istifadəçilərinə daha çox restoran variantını bir yerdə təqdiminə diqqəti çəkən mütəxəssislər, şirkətin həmçinin, istifadəçilərini daha uzun müddət öz saytında saxlamağı qarşısına məqsəd qoyduğunu qeyd edir.

@Marja

OXŞAR XƏBƏRLƏR