Seyyah.az xəbər verir ki, «Coffee Station» müştəriləri üçün yenilik edib. Kafedə telefonsuz ünsiyyət pulsuz kofe ilə mükafatlandırılacaq. Belə ki, 13 oktyabrdan başlayacaq yeni aksiyaya görə, saat 18:00-dən gecə yarısına kimi, kafeyə gələn istənilən şəxs telefonunu və istənilən qaceti təhvil verərsə, «Coffee Station»dan pulsuz iki fincan kofe alacaq.