Ebru Polat "Malibu"-da konsert verib – FOTOLAR

Xəbərlər 7 Iyul 2014 00:00 1668
Ebru Polat "Malibu"-da konsert verib – FOTOLAR

Türk pop-starı Ebru Polatın iyulun 5-də Nabrandakı “Malibu” istirahət mərkəzində verəcəyi konsert baş tutub. Seyyah.az-ın məlumatına görə, müğənni Azərbaycanlı pərəstişkarları üçün açıq havada konsert verib. Konsertdə müğənni ilə yanaşı Türkiyənin tanınmış DJ-yi İlkan Günüc də iştirak edib.


Konsert ifaçının Azərbaycanda sevilən mahnıları ilə gecə saatlarınadək davam edib. Ebru Polatın ifalarından sonra isə, DJ İlkan Günüc gəncləri diskotekaya dəvət edib.   

 

Qeyd edək ki, Ebru Polat Azərbaycandakı konserti haqqında özünün İnstagram səhifəsində də məlumat yazıb. O, ölkəmiz haqqında təəssüratlarını bölüşüb:

“Sənin üçün çox darıxacağam, Azərbaycan. Tezliklə yenidən gələcəm. Çünki hamınızı çox sevirəm”.


OXŞAR XƏBƏRLƏR