Danimarkalı memarlar hündürlüyü 45 metr olan müşahidə qülləsinin layihəsini hazırlayıblar. Turizm.fins.az-ın verdiyi məlumata görə, şəhərə gələn turistlər ölkə paytaxtının səfalı yerlərini görmək üçün müşahidə qülləsindən istifadə edəcəklər. Qum saatını xatırladan qüllə paytaxt Kopenhagendən 1 saatlıq məsafədə yerləşəcək. Layihənin 2018-ci ildə başa çatdırılması planlaşdırılır. Məlumatı “Novate.ru” yayıb.