Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkəti - "Buta Airways" oktyabrın 29-dan etibarən bütün uçuşlarını Heydər ƏliyevBeynəlxalq Aeroportunun 2-ci terminalından ("Şimal" girişindən) həyata keçirəcək. Səyyah.az turizm portalı bildirir ki, turizm.fins.az bu barədə aviaşirkətə istinadən xəbər verir. "Bu tədbir reyslərin optimallaşdırılması və sərnişinlərin gediş-gəlişinin rahatlığı üçün görülür", - deyə məlumatda qeyd olunub.