"Qafqaz Baku City Hotel"-dən iftar süfrəsi - 33 manat

Xəbərlər 8 Iyul 2014 00:00 2327
"Qafqaz Baku City Hotel"-dən iftar süfrəsi - 33 manat

"Qafqaz Baku City Hotel" Ramazan günlərində paytaxt sakinləri və şəhərin qonaqlarını iftar süfrəsinə dəvət edir. Hoteldən səyyah.az-a verilən məlumata görə, iftar süfrəsi hotelin 18-ci mərtəbəsindəki terrasda yerləşən restoranda açılacaq.


İftar süfrəsi üzrə qiymət adambaşına 33 manat təşkil edir. Bura 5 əsas yemək, qarnirlər, şorba, şirniyyət, sərinləşdirici içkilər və s. aiddir. Qida və içkilər məhdudiyyətsizdir. Amma qonaqların restorandan özləri ilə yemək aparmasına icazə verilmir. Buradan evə qida aparılması üçün əlavə 33 manat ödənilməlidir.

OXŞAR XƏBƏRLƏR