"Jumeirah Beach Hotel Baku"dan dəbdəbəli iftar süfrəsi - 45 manat

Bura 8 növ isti yemək, 8 növ salat, 12 növ şirniyyat, bir neçə növ kabablar daxildir
Xəbərlər 8 Iyul 2014 00:00 3626
"Jumeirah Beach Hotel Baku"dan dəbdəbəli iftar süfrəsi - 45 manat

Bakının ən dəbdəbəli hotellərindən biri olan "Jumeirah Beach Hotel Baku" Ramazan ayında qonaqlarını iftar süfrəsinə dəvət edir. Hoteldən səyyah.az-a verilən məlumata görə, iftar süfrəsi hotelin məşhur "Üzük" restoranında təşkil edilib. "İsveç stolu" formasında təqdim edilən iftar süfrəsi qidaların zəngin çeşidi ilə diqqəti cəlb edir. Bura 8 növ isti yemək, 8 növ salat, 12 növ şirniyyat, bir neçə növ kabablar daxildir. İçkilərdən isə menyuya yalnız qazlı və qazsız su daxildir.


İftar süfrəsinin qiyməti adambaşına 45 manat təşkil edir. Hoteldən bildirilib ki, restoranda yer kifayət qədər olduğundan iftar süfrəsinə əvvəlcədən sifariş vermədən də gəlmək olar.

OXŞAR XƏBƏRLƏR