Bu tədbirə ancaq qadınlar buraxılır - Neslihan da gələcək

Bu tədbirə ancaq qadınlar buraxılır - Neslihan da gələcək
Xəbərlər 17 Oktyabr 2017 15:48 733
Bu tədbirə ancaq qadınlar buraxılır - Neslihan da gələcək

Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur aktrisası Neslihan Atagül Bakıya gəlir.

Səyyah.az turizm portalı xəbər verir ki, “qafqazinfo”ya daxil olan məlumata görə, noyabrın 3-də “Altın Kelebek Mükafatları” mərasimində məşhur ulduzlarımız da iştirak edəcək. 

"Möcüzə gecəsi" adlı tədbirdə ölkəmiz “Azərbaycanın ən parlaq ulduzu” kateqoriyasında təmsil olunur. Bu kateqoriyaya namizədlər Röya, Miri Yusif, Nigar Camaldır. 

Tədbirdə xanımları Röya, Miri Yusif, Nigar Camalla yanaşı digər ulduzların və djlərin konserti, müxtəlif şou proqramlar, saç/vizaj stilistlərinin məsləhətləri və digər sürprizlər gözləyir.

Qeyd edək ki, “Möcüzə Gecəsi”ndə ancaq xanımlar iştirak edə bilərlər.

 







OXŞAR XƏBƏRLƏR