Bakıdakı “Winter Park Hotel Baku”nun rəsmiləri ötən gün hoteldə Azərbaycan musiqisinin qadağan edilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Hotelin rezarvasiya müfəttişi (Reservation Supervisor) Loğman Əliyev Səyyah.az turizm portalına açıqlamasında qonaqlarla restoran əməkdaşları arasında anlaşılmazlığın baş verdiyini deyib:
“Dünən gecə saatlarında “Winter Park Hotel”in "Bosphours lounge & bistro" restoranında ad günü keçirən bir qrup qonaqlarımızla baş vermiş anlaşılmazlığa görə bu gün sosial şəbəkələrdə və mediada haqqınızda doğru olmayan məlumatlar yayılıb. Qonaqpərvərlik sahəsində fəaliyyət göstərən hər bir müəssisə beynəlxalq və daxili standartlarla fəaliyyət göstərir. Bu standartlar qonaqların rahatlığını, istirahətini və göstərilən servisin yüksək səviyyədə təmin olunması üçündür. Azərbaycanda fəaliyyət göstərən yerli və dünya brendi olan bütün mehmanxana və restoranlar, həmçinin bizim hotelimiz də bir qayda olaraq qoyulan daxili və beynəlxalq standartlara əməl etməyə çalışır. Burada Azərbaycan mahnılarının ifa olunmamasından söz gedə bilməz. Və biz Azərbaycan xalq mahnılarının turistlərə qeyri-peşəkar və düzgün olmayan formada ifa edilərək çatdırılmasını qəbul edə bilmərik”.
Hotel rəsmisinin sözlərinə görə, “Winter Park Hotel”dı ayrıca “Karaoke” zalı yoxdur. Restoranda ad gününü qeyd edən qonaqlar elə həmin yerdə mahnılar ifa etmək üçün icazə alıblar və 1 saata yaxın türk və Azərbaycan mahnılarını oxuyublar:
“Artıq gec saatlarda hoteldə çox səs-küy olduğu üçün bizim əməkdaşlar musiqi ifa etməyi dayandırmağı xahiş ediblər Çünki bu, digərlərinin narahatlığına səbəb olurdu. Təəssüf ki, bizim müştərilərimizə hərmətlə yanaşaraq addığımız addım Azərbaycan musiqisinin qadağan olunması kimi təqdim edilib. Biz belə hala yol verə bilmərik. Videodan da aydın görünür ki, onlar məhz türk və Azərbaycan mahnılarını ifa edirlər”.
“Bizdə ümumiyyətlə karaoke yoxdur. Dunənki məsələ ilə bağlı onu bildirmək istərdik ki, biz ad günü qeyd edən qonaqlara istisna hal olaraq restoranımızda ilk dəfə karaoke etməyə sərait yaratdıq və 1 saatdan çox milli və turkcə oxuduqları karaokeden sonra karaokeni dayandırmağı xahiş etdik. Çünki biz bunu qonaqların şənlənməsi üçün qısa müddətlik təşkil etmişdik. Biz restoran və lounge kimi fəaliyyət göstəririk, karaoke klub deyilik. Maraqlı haldır ki, xidmətdən və restorandan çox məmnun qaldıqları halda xəbər saytlarında haqqımizda belı melumat paylaşıblar”.
Xatırladaq ki, ötən gün “Winter Park Hotel Baku”nun restoranında Azərbaycan mahnılarını oxumağa qadağa qoyulması ilə bağlı məlumat yayılıb. Bundan sonra social şəbəkələrdə və xəbər saytlarında geniş müzakirələr açılıb. Hər kəs hotelin bu addımını Azərbaycan dilinə və musiqisinə qarşı çıxamq kimi qiymətləndirib.