Məşhur otelin suyu kəslib

Məşhur otelin suyu kəslib
Xəbərlər 18 Oktyabr 2017 11:47 481
Məşhur otelin suyu kəslib

Türkiyədə yerləşən və 2010-cu ildə dünyanın ən lyuks hoteli seçilən "Mardan Palace" mehmanxanasının  suyu kəsilib.

Buna səbəb otelin 540,5 min ABŞ dolları borcunun olması olub. Səyyah.az turizm portalı Türkiyə mediasına istinadən xəbər verir ki, daha əvvəl də borc səbəbindən otelə elektrik enerjisinin verilişi kəsilmişdi. Lakin daha sonra elektrik idarəsinə olan borcun restrukturizasiyası nəticəsində elektrik təchizatı bərpa edilib.Xatırladaq ki, "Mardan Palace" oteli avqust ayından etibarən rezervasiyaları qəbul etmir. Hotelin həm öz internet səhifəsində, həm də əlaqəli olduğu internet səhifələrində "satışa bağlı" olduğu bildirilir.Qeyd edək ki, Azərbaycan əsilli iş adamı Telman İsmayılova məxsus Antalyadakı "Mardan Palace" hoteli bir müddət əvvəl banklara olan borcları səbəbindən satışa çıxarılıb. Daha sonra qarşılıqlı anlaşma nəticəsində məhkəmə satış qərarını ləğv edib.

OXŞAR XƏBƏRLƏR