Azərbaycanda Rusiyaya kruizlə getmək mümkün olacaq

Azərbaycanda Rusiyaya kruizlə getmək mümkün olacaq
Xəbərlər 18 Oktyabr 2017 13:21 495
Azərbaycanda Rusiyaya kruizlə getmək mümkün olacaq

Azərbaycan Xəzər dənizində kruizlərin təşkili üçün Rusiya tərəfi ilə danışıqlara başlayıb.

Səyyah.az turizm portalı məlumat verir ki, bunu mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzvləri ilə görüşündə deyib.O bildirib ki, bu məsələ ilə bağlı ən böyük problem laynerlərin olmamasıdır:

"Hazırda Rusiya tərəfindən 2 layner tikilir. Artıq Rusiya ilə şifahi də olsa, razılıq əldə edilib ki, iki ölkə arasında belə bir kruiz təşkil edilsin"./apa/

OXŞAR XƏBƏRLƏR