Azərbaycanda hotellərdəki bahalıgın səbəbi - AÇIQLANIB

Azərbaycanda hotellərdəki bahalıgın səbəbi - AÇIQLANIB
Xəbərlər 18 Oktyabr 2017 13:26 698
Azərbaycanda hotellərdəki bahalıgın səbəbi - AÇIQLANIB

"Azərbaycanın turizm sektorunda göstərilən xidmətlərin bahalığından danışanda, söhbət yerləşdirmə obyektlərinin yüksək qiymətindən gedir." 

Səyyah.az turizm portalının verdiyi xəbərə görə, bunu mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov "Caspian European Club" və "Caspian American Club"un iclası çərçivəsində keçirilən brifinqdə bildirib.

"Yerləşdirmə obyektlərində qiymət bahalığına səbəb isə ölkədə yerləşdirmə obyektlərinin sayının gələn turistlərin sayına mütənasib şəkildə artmamasıdır. Ona görə də, yerləşdirmə obyektləri öz qiymətlərini təklif edir. Devalvasiyadan sonra qiymətlər turistlər üçün düşüb, sərfəli olub. Lakin bazar öz sözünü deyib", -  N.Səmədov əlavə edib.

Nazir müavini deyib ki, hazırda yerli obyektlərin tikintisi əlverişli sahədir: "2-3 ulduzlu obyektlərin tikintisinə investisiya qoymağı təklif edirəm. Bu sahəyə investisiya yatıranlar imtiyazlardan da istifadə imkanı əldə edirlər".

O qeyd edib ki, hazırda ölkədə 563 yerləşdirmə obyekti mövcuddur, qeydiyyatdan keçən turizm şirkətlərinin sayı isə 1 441-ə çatıb. /Report/

OXŞAR XƏBƏRLƏR