Fisincan ziyafəti veriləcək – BAKIDA

Fisincan ziyafəti veriləcək – BAKIDA
Xəbərlər 19 Oktyabr 2017 10:53 902
Fisincan ziyafəti veriləcək – BAKIDA

Beynəlxalq Kulinariya Günü ilə əlaqədər olaraq 20.10.2017-ci il tarixində Sərin restoranında tədbir keçiriləcək.

Səyyah.az turizm portalının məlumata görə tədbirdə iştirak dəvətnamə ilə olacaq. Media nümayəndələri üçün giriş sərbəstdir. Tədbir cərcivəsində ilk dəfə olaraq Azərbaycanın qədim xörəklərindən biri olan fisincanın bir çox növləri hazırlanaraq qonaqlara təqdim ediləcək. Məqsəd sağlam və qədim xörək olan fisincanın restoran biznesinə qaytarılması və mətbəximizdə qoruyub saxlanılmasıdır. Həmçinin bu fisincanla bağlı 2010 - cu ildən bəri aparılmış elmi - praktik işlərin nəticəsidir. Bununla yanaşı tədbirdə Türkiyə və Özbəkistan milli mətbəxinə məxsus xörəklər nümayiş olunacaq. Tədbirdə Milli Məclis üzvləri, ictimai, siyasi xadimlər, nazirliklərin və dövlət qurumlarının nümayəndələri, diplomatik nümayəndəliklər, tanınmış mədəniyyət xadimləri iştirak edəcək. Tədbirdə çıxışlar, mükafatlandırma, konsert proqramı təşkil olunacaq.

OXŞAR XƏBƏRLƏR