"Limu Forest" əyləncə mərkəzi açılıb -AAAF Park-da

Xəbərlər 12 Iyul 2014 00:00 5713
"Limu Forest" əyləncə mərkəzi açılıb -AAAF Park-da

AAAF Park Yaşayış Kompleksinin sakinləri və qonaqlarına, ümumilikdə Bakının bütün əhalisinə şad xəbərimiz var. 10 iyul tarixində AAAF Park Yaşayış Kompleksində açıq havada “Uşaq Əyləncə Mərkəzi”nin nəzdində olan “Limu Forest” kompleksi istifadəyə verilib.

Bu gündən etibarən “Limu Forest”in bütün xidmətlərindən yararlanmaq mümkündür. Buraya “Buz meydançası”, “Limu Carting”, “7D Cinema”, müxtəlif kafe və restoranlar daxildir və ziyarətçilərin istifadəsinə açıqdır. Bundan əlavə kompleksin qeyri-adi dizaynı və heyvan maketlərinin çıxardığı canlı səslər, hərəkətlər uşaqların marağına səbəb olacaq.

Artıq şəhər mərkəzinin tıxacından, səs-küyündən, ağır havasından sığınacağınız məkan xidmətinizdədir. Ekoloji cəhətdən təmiz ərazidə yerləşən AAAF Park ailə üzvlərinizin sakit, stressiz və əyləncəli gün yaşamağına yardımçı olacaq.

Maraqlı dizayn və təqdim etdiyi xidmətlər baxımından şəhər mərkəzində yerləşən əyləncə məkanlarından geri qalmayan “Limu Forest” orijinallığı ilə də fərqlənir. Odur ki, “Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır” prinsipinə sadiq qalaraq kompleksi ziyarət edib bütün xidmətlərdən sərfəli şərtlərlə yararlanmağa tələsin.

OXŞAR XƏBƏRLƏR