Yeni ili xaricdə 1000 manatdan ucuz keçirtmək üçün - 10 İDEAL ÖLKƏ

Yeni ili xaricdə 1000 manatdan ucuz keçirtmək üçün - 10 İDEAL ÖLKƏ
Xəbərlər 19 Oktyabr 2017 13:42 4112
Yeni ili xaricdə 1000 manatdan ucuz keçirtmək üçün - 10 İDEAL ÖLKƏ

Bir qədər əvvəl Azərbaycanın məşhur hotellərindən biri Yeni İl şənlikləri ilə bağlı qiymətlərini açıqlayıb. Seyyah.az xəbər verir ki, həmin qiymətlərə əsasən, Yeni İli hoteldə qarşılamaq adambaşına 1000 manata başa gəlir. Adi vaxtlarda adambaşına gecəsi 80 manat olan hotelin Yeni İl şənliyi üçün niyə belə yüksək qiymət müəyyən etməsi təəccübllüdür. Amma olduqca baha olan bu qiymətdən xeyli az məbləğ sərf etməklə də Yeni ili hətta xarici ölkələrdə gözəl şəkildə qarşılamaq olar.

Seyyah.az turizm portalı «Gezz Travel» şirkətinə istinadən Yeni ili xaricdə 1000 manatdan aşağı qiymətə qarşılamaq mümkün olan variantı təqdim edir.

 

1. Tbilisi

Azərbaycanlıların əksəriyyəti Gürcüstanda olsalar da, Tbilisidə Yeni İli qarşılayanlar çox deyil. Halbuki, bu adi səfərlərdən o qədər də baha deyil. Üstəlik, bu turla Tiflisə avtomobillə deyil, təyyarə ilə rahat getmək mümkündür.

Qiymət 550 azn (30.12.17-6.01.18 aviabilet, otel, qidalanma)

 

 

2. İstanbul

Həmyerlilərimiz İstanbula əsasən, yayda getməyə üstünlük verirlər. Həlbuki, böyük tarix və turizm mərkəzi ili başa vurub yeni ilə başlamaq üçün ideal məkandır. Yay aylarında mövcud olan bütün infrastruktur qışda da turistlərin xidmətindədir.

Qiymət 610 azn (30.12.17-3.01.18 aviabilet,otel,qidalanma,transfer,siğorta)

 

3. Munhen

Almaniyanın ən böyük şəhəri turistləri təkcə məşhur alman pivəsi ilə deyil, rəngbərəng çıraqların fonunda nağılvari Yeni İl şənlikləri ilə cəlb edir. Məşhur Yeni İl bazarı, suvenirlər, Yeni il personajları sizi uşaqlıq dövrünüzə, Andersenin nağıllarındakı köhnə-sevimli Avropaya aparacaq. Ən əsası, burada yeni il keçirmək qətiyyən baha deyil.

 

Qiymət 655 azn (30.12.17-2.01.18 aviabilet,otel,qidalanma)

 

 

4. Moskva

Yeni İl qarşılamaq üçün az qala ideal şəhər. 2018-ci ili qarlı havada Qızıl Meydanda, Kreml saatının zəngləri altında qarşılamaq və bayram atəşfəşanlığına tamaşa etmək unudulmazdır.

 

Qiymət 675 azn (30.12.17-3.01.18 aviabilet,otel,qidalanma)

 

5. Varshava

2018-ci ili Avropanın ən gözəl şəhərlərində keçirmək üçün yaxşı variantlardan biridir. Tarixi abidələrlə zəngin Varşava öz qonaqpərvər sakinləri ilə sizin unutmayacağınız şənliyə imza atacaqlar. Burada qiymətlər də Qərbi Avropadakından insaflıdır. Ona görə də, qərar qəbul edib turizm şirkətinə tələsin. 

 

Qiymət 735 azn (30.12.17-6.01.18 aviabilet,otel,qidalanma)

 

6. London

Bu inanılmazdır! Yeni İli Londonda qarşılamaq bütün gənclərin arzusudursa, qiymət 1000 manatdan ucuz olanda onlara valideynləri də qatılacaq. Trafalqar medanından başlayaraq Bukingem sarayı və Temza sahilinədək davam edən Yeni İl Gəzintisi, London Gözündən şəhəri süzmək, üstəlik, Oksford stritdəki mağazalarda Yeni il endirimlərindən faydalanmaq bütün səyahət həvəskarlarının ürəyincədir.

 

Qiymət 815 azn (28.12.17-4.01.18 aviabilet,otel,qidalanma)

 

7. Milan

Əgər vaxtınızı mağazalarda endirim axtarmaqla itirməyib sadəcə səyahətdən zövq alacaqsınızsa, Milan sizin üçün ideal variantdır. Avropanın moda və alış-veriş mərkəzi Yeni ilə yüksək əhval-ruhiyə ilə başlamaq üçün gözəl, həm də sərfəli imkandır.

 

Qiymət 840 azn (29.12.17-3.01.18 aviabilet,otel,qidalanma)

 

8. Dubay

Yeni ili qarşılamaq üçün ən əlverişli və sınaqdan keçmiş əla variantlardan biri. Dostlarınız Yeni ili qarlı-qışlı Moskvada və ya Avropada qarşılayanda, siz ilin başa çatması zəngini dənizin sahibində çimərlikdə eşidə biləcəksiniz. Bu şok sizə bəs eləməsə, dünyanın ən hündür binası başda olmaqla Dubayın bütün arxitekturası və dəbdəbəli əyləncələri qulluğunuzdadır.

 

Qiymət 855 azn (30.12.17-3.01.18 aviabilet,otel,qidalanma,siğorta)

 

 

9. Abu Dabi

Uzun illər ərəb ölkələrinin əsas simvolu Dubay sayılsa da, indi bu sıraya Abu-Dabi də qoşulub. Yeni hisslər axtararaq Yeni ilini unudulmaz edənlər bu variantı rahatlıqla seçə bilərlər.

 

Qiymət 855 azn (30.12.17-3.01.18 aviabilet,otel,qidalanma,siğorta)

 

 

10. Berlin

Şərqlə-Qərbi ayıran Berlin divarları həm də keçmiş və gələcək arasında idi. Yeni ili qarşılamaq üçün bundan simvolik yer axtarırsınız? Üstəlik, almaq səliqəsi və şənliklər zamanı bütün ciddiliyin itib batdığı əsl Yeni İl mərasimləri. 2018-ci ili qarşılamaq üçün əla variant.

 

Qiymət 975 azn (29.12.17-3.01.18 aviabilet,otel,qidalanma)

 

 

 

Qiymət 2-nəfərlik otaqda 1-nəfər üçün nəzərdə tutulmuşdur.

 

__

 

Daha ətraflı məlumat üçün:

Gezz Travel

Tel: +994 51 980 97 21 (whatsapp)

E-mail : firuza@gezztravel.az

Ünvan: İnşaatçılar prospekti 40

OXŞAR XƏBƏRLƏR