Iyulun 12-də Nabranda yerləşən “Caspian Sea Resort” oteli və istirahət mərkəzi jurnalistlər üçün infotur keçirib. Seyyah.az-ın məlumatına görə, oteldə keçirilən mətbuat konfransında çıxış edən otelin baş meneceri Bəşir Hacıyev son illər Azərbaycan iqtisadiyyatının inkişafında turizm sahəsinin böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. Bəşir Hacıyev bildirib ki, “Caspian Sea Resort” istirhət zonasında ailəvi istirahət etmək istəyənlər üçün hər bir şərait yaradılıb. 24 saat fasiləsiz xidmət göstərən 26 mənzillik koteclər gün ərzində 110 nəfər qonağı qəbul etmək gücünə malikdir. Hər bir şəraitlə təmin edilmiş kotteclərə Azərbaycanın rayonlarının adları verilib. Qonaqlar açıq havada böyüklər və uşaqlar üçün hovuzlar, bilyard zalı, fitnes zalı, futbol meydançası, velisopedlərdən istifadə, stolüstü tennis, çimərlik voleybolu və digər oyunlardan istifadə edə bilərlər. Qonaqlara gündə üç dəfə olmaqla İsveç masası üslubunda yeməklər təqdim edilir. İstirahət zonasında böyüklərlə yanaşı azyaşlı uşaqların doyunca istirahət etmələri üçün yüksək səviyyədə şərait yaradılıb. Uşaqların maraqlı və şən əyləncəsini təmin etmək üçün burada Kids Club da fəaliyyət göstərir.
B.Hacıyev onu da bildirib ki, oteldə ailəvi istirahət etmək istəyənlər üçün xüsusi paketlər hazırlanır. Yaxın günlərdə ictimaiyyətə açıqlanacaq paketlərdə ailələr üçün bir sıra güzəştlər nəzərdə tutulur.
Azərbaycanda turizm sahəsinin yüksək səviyyədə inkişaf etdiyini bildirən Bəşir Hacıyev istirahət mərkəzinə həm daxildən, həm də xaricdən çoxlu sayda turistlərin gəldiyini bildirib. Əsasən yay fəslində fəaliyyət göstərən “Caspian Sea Resort” istirahət mərkəzi digər fəsillərdə də bayram tədbirlərinin və konsertlərin keçirilməsini nəzərdə tutur. Həftəsonu oteldə caz və milli muğam musiqili proqramları keçirilir. “Caspian Sea Resort” istirahət mərkəzində toy və ad günləri mərasimlərinin, korporativ tədbirlərin və pikniklərin keçirilməsi də mümkündür. Otelin “Dalğa” restoranı 110 nəfərlik və açıq hovuz ətrafında 500 nəfərlik tədbirlərin keçirilməsinə imkan verir.
Qeyd edək ki, “Caspian Sea Resort” oteli 2008-ci ilin may ayında Nabranda fəaliyyətə başlayıb. İstirahət mərkəzinə müasir standartlara cavab verən restoranlar, əyləncə mərkəzi, 26 standart otaq , 2 Villa və idman zalı daxildir. Əlavə məlumat almaq üçün 050 235 40 02 nömrəsi və info@caspiansearesort.az e-mail ilə əlaqə saxlamaq olar.