Norveçdə yaşamaq neçəyədir?– QİYMƏTLƏR

Norveçdə yaşamaq neçəyədir?– QİYMƏTLƏR
Xəbərlər 19 Oktyabr 2017 17:21 2873
Norveçdə yaşamaq neçəyədir?– QİYMƏTLƏR

Norveç təbiəti ilə yanaşı özünə məxsus sosial sistemi ilə də məşhurdur.

Ölkə paytaxtı olan Osloda əhali elə də çox deyil. Belə ki, Norveç paytaxtında cəmi 700 minə yaxın sakin yaşayır.

Mənzil

Osloda insanlar mənzilləri icarəyə götürməkdənsə krediti almağa üstünlük verirlər. Şəhərin yaxşı bölgəsində iki otaqlı evin aylıq ödənişi 1510-2013 Kron təşkil edir. Bir neçə nəfərlik tələbə üçün evlər 503-1006  norveç kronu təşkil edir. Şəhər kənarında yerləşən evlərin hər kv metri 5033-6292 min kron təşkil edir.

Nəqliyyat

Norveçdə ictimai nəqliyyatdan aylıq istifadə haqqı 83 dollardı. Böyük adamın bir dəfə ictimai nəqliyyatdan istifadəsi 32 krondu( 4 dollar). Burada insanlara aylıq ictimai kartlar alırlar. Yaçlılar və uşaqlar üçün nəqliyyat haqqı iki dəfə ucuz olur. Osloda ictimai nəqliyyat kimi avtobus metro tramvay və qayıqlardan istifadə olunur. Oslo şəhərinin elə də böyük olmasına baxmayaraq burada 95 metro stansiyası var. Buna səbəb isə şəhərin ən ucqar yerlərinə belə metro xəttinin olmasıdır.

Tibb

Norveç əhalisi tibbi sığorta üçün pul ödəmirlər. Vətəndaşların hamısı hökumət tərəfindən sığortalanıb. Yalnız həkimə müraciət edəndə 25 dollar ödənilir. Bu Norveç əhalisi üçün cüzi məbləğ hesab olunur. Qeyd edək ki, uşaqlar və hamilə qadınlar istisna təşkil edirlər. Onlardan həkim üçün ödəniş tələb olunmur.

Ərzaq

Norveçlilər şam yeməyini evdə ailə ilə birlikdə etməyi xoşlayırlar. Ərzaq qiymətləri də elə baha hesab olunmur. Əsasən yerli məhsullara üstünlük verilir. Çörəyin qiyməti 1.88-3.77 dollar arasında dəyişir. Südün litri 1.88 dollardı. Bir paçqa siqaret 12 dollar  bir litr pivə isə 3.77 dollardı.

Əyləncə

Norveçdə nəinki orta yaşayış səviyyəsinə malik insanlar hətta imkanlı şəxslər də restoranlara getmirlər. Daha doğrusu üstünlük vermirlər. Buna səbəb qiymətlərin çox baha olmasıdır. Ən adi fast fudların qiyməti 12 dollardan başlayır. Adi pizza isə iki dəfə baha başa gəlir. Lakin bütün bunların əvəzində Norveçlilər təbiət qoynunda piknik etməyi sevirlər. Bu zaman xərclər az olur həm də təbiət qoynunda istirahət etmiş olurlar

OXŞAR XƏBƏRLƏR