Bakıdan Banqkoka birbaşa reys açılır

Bakıdan Banqkoka birbaşa reys açılır
Xəbərlər 20 Oktyabr 2017 09:44 559
Bakıdan Banqkoka birbaşa reys açılır

Səyyah.az turizm portalının məlumatına görə uçuş həftədə 2 dəfə olacaq.

“Azərbaycan Hava Yolları” oktyabrın 29-dan etibarən Bakıdan Tailandın paytaxtı Banqkok şəhərinə (Suvarnabhumi Beynəlxalq Hava Limanı) müntəzəm sərnişin reyslərini həyata keçirilməsinə başlayacaq. “Bu, Azərbaycanın paytaxtından Cənub-Şərqi Asiyaya ilk birbaşa müntəzəm sərnişin aviareysidir” – deyə, AZAL-ın mətbuat xidmətində “turan”-a bildiriblər. Bakıdan Banqkoka aviareyslər çərşənbə axşamı və bazar günləri ekonom və “VIP-klub” sinif salonlu rahat “Boeing-767” laynerləri ilə yerinə yetiriləcək.  Banqkokdan Bakıya aviareyslər isə bazar ertəsi və çərşənbə günləri həyata keçiriləcək.

 

bangkok day trip compressor - Bakıdan Banqkoka birbaşa reys açılır

OXŞAR XƏBƏRLƏR