Azərbaycanlılar Avropada ən çox bu şəhərə gedirlər

Azərbaycanlılar Avropada ən çox bu şəhərə gedirlər
Xəbərlər 20 Oktyabr 2017 14:13 583
Azərbaycanlılar Avropada ən çox bu şəhərə gedirlər

Ölkəmizə çoxlu sayda turist gəldiyi kimi Azərbaycandan da yerli turistlər başqa ölkələrə səfər edirlər.

Azərbaycanlı turistlərin ən çox səfər etdikləri İstanbul və Dubay şəhəri ilə yanaşı Avropada da müəyyən şəhərlər var ki, səfər edirlər. Səyyah.az turizm portalı turizm.fins.az-a istinadən bildirir ki, turizm şirkətlətindən verilən məlumata görə, Avropa şəhərləri arasında yerli turistlərimiz daha çox  Praqa və Budapeştə səfər edirlər. Şirkətin outgoing üzrə meneceri Leyla Zeynalova ölkəmizdən bu istiqamətdə Wizz Air-in uçuşlar etdiyinə görə biletlərin daha ucuz olduğunu bildirdi.  L. Zeynalova son zamanlar İtaliyanın Verona və Venesiya şəhərlərinə də səfərlərin çoxaldığını bildirdi.

Digər bir turizm şirkətinin meneceri Sənan Qasımov da azərbaycanlı turistlərin Avropada daha çox Budapeştə səfər etdiklərini bildirdi. Bundan başqa bir qrup insanın Fransa paytaxtı Parisə turlarla da maraqlandıqlarını söylədi.Sənan Qasımov Budapeştə marağın olmasına səbəbin hazırda bu istiqamətə biletlərin 400-500 manat arasında dəyişdiyini və bunun da yerli səyyahlarımızın marağını cəlb etdiyini qeyd etdi.

OXŞAR XƏBƏRLƏR