ABŞ aviaşirkətindən ilk: Təyyarə qadınlara tapşırıldı

ABŞ aviaşirkətindən ilk: Təyyarə qadınlara tapşırıldı
Xəbərlər 20 Oktyabr 2017 14:15 416
ABŞ aviaşirkətindən ilk: Təyyarə qadınlara tapşırıldı

 

 ABŞ-ın "Southwest Airlines" aviaşirkətinə məxsus, tamamilə qadın heyət üzvlərindən ibarət təyyarə ilk reysini edib. 

    Səyyah.az turizm portalı bu barədə şirkətin "Twitter" hesabına istinadən xəbər verir."Southwest Airlines" reysin göndərilməsindən əvvəl çəkilmiş fotonu yayımlayıb. Qeyd edilir ki, "Boeing-737" Sent-Luisdən San-Fransiskoya uçub. Sərnişinlərə dörd bələdçi xidmət edib. Təyyarəni idarə etmiş iki pilot da qadındır."Twitter" istifadəçiləri bununla bağlı şərhlərdə "Southwest Airlines"in nailiyyətini yüksək qiymətləndiriblər.ABŞ-ın Mülki Aviasiyasının Federal İdarəsinin məlumatlarına əsasən, 2016-cı ildə lisenziyaya malik olan 584 minə yaxın pilotdan təxminən 39 min nəfəri qadın olub.

OXŞAR XƏBƏRLƏR