“Buta Airways” bu şəhərə bütün biletləri - 29 AVROYA SATIR

“Buta Airways” bu şəhərə bütün biletləri - 29 AVROYA SATIR
Xəbərlər 21 Oktyabr 2017 12:13 971
“Buta Airways” bu şəhərə bütün biletləri - 29 AVROYA SATIR

“Buta Airways” aviaşirkəti Mineralnıye Vodı şəhərinə olan reysə bütün yerləri 29 avroya satır.

Seyyah.az turizm portalı aviaşirkətə istinadla xəbər verir ki, oktyabrın 24-də Bakıdan Rusiyanın Mineralnıye Vodı şəhərinə olan reysə bütün yerlər 29 avroya başa gələcək.

Qeyd edək ki, “Buta Airways” Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkətidir və “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) struktur bölməsidir. 2016-cı ilin dekabrında əsası qoyulub. Aviaşirkətin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir. Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir və sentyabrın 1-dən uçuşlarına start verib.

OXŞAR XƏBƏRLƏR