Nazirlikdən səyahətə gedənlərə XƏBƏRDARLIQ

Xəbərlər 15 Iyul 2014 00:00 935
Nazirlikdən səyahətə gedənlərə XƏBƏRDARLIQ
Mədəniyyət və Turizm Nazirliyi yay mövsümündə səyahətə gedən vətəndaşlara xəbərdarlıq edib. Seyyah.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, xəbərdə bilidrilir ki, yay mövsümünün başlanması ilə əlaqədar olaraq Azərbaycan vətəndaşlarının xarici ölkələrə turist səfərlərinin sayında artım müşahidə olunur.
 
Bununla əlaqədar bir daha əhalinin nəzərinə çatdırılır ki, turizm şirkətlərinin vasitəsilə səyahətlərini təşkil edərkən həmin şirkətə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm fəaliyyətinə verilmiş və qüvvədə olan lisenziyanın olub-olmamasını, turist vauçerini və "Turizm haqqında" qanunun 9.1 maddəsinin tələblərinə uyğun olaraq şirkətlə müştəri arasında müqavilənin bağlanmasını tələb etsinlər.
 
Bununla yanaşı, yay turizm mövsümündə Azərbaycanın regionlarında istirahət edən turistlərdən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mehmanxanana fəaliyyətinə lisenziya almış obyektlərin xidmətlərindən istifadə etmələri tövsiyə olunur. Turizm mövsümü zamanı turizm şirkətləri və yerləşdirmə obyektlərinin fəaliyyəti ilə əlaqədar hər hansı problemlərlə üzləşdiyi halda Mədəniyyət və Turizm Nazirliyinin 147 - qaynar xəttinə və ya muraciet@mct.gov.az elektron ünvanına rəsmi müraciət edə bilərlər.
OXŞAR XƏBƏRLƏR