Bakı şopinq festivalı Litvanın xəbər portalında

Bakı şopinq festivalı Litvanın xəbər portalında
Xəbərlər 21 Oktyabr 2017 14:15 591
Bakı şopinq festivalı Litvanın xəbər portalında

Litvanın xəbər portalında (www.alkas.lt) Bakı Beynəlxalq Şopinq Festivalı barədə məqalə dərc edilib.

Səyyah.az turizm portalı xəbər verir ki, Azərbaycan Konqreslər Bürosundan  bildirilib ki, yazıda son illər ölkəmizə turist axınından, ictimai- iaşə sektorunun inkişafından danışılır. Bakıda keçirilən Şopinq Festivalı ideyasına toxunan müəllif yazır ki, bu cür tədbirlər ölkə iqtisadiyyatının, xüsusən pərakəndə ticarət sektorunun inkişafına təkan verir.Məqalədə vurğulanır ki, festival çərçivəsində alış-veriş etmək çox sərfəlidir. Çünki bir çox qabaqcıl dünya brendlərinin malları nəinki sərfəli qiymətlərə təqdim edilir, hətta 100 manat və daha artıq ödədikdə ƏDV-nin bir hissəsi geri qaytarılır.Sayt yazır ki, turist axınının artması, həm də brend geyim və aksesuar mağazalarında qiymətlərin Avropadakı səviyyəyə enməsinə səbəb olub: “Bakıda qiymətlərin Avropadakından baha olduğu dövrlər keçmişdə qalıb. Bu gün Azərbaycan paytaxtının festivala qoşulmuş mağazalarında qiymətlər dollar və avro ilə ifadədə Dubay, İstanbul və Moskvadakından daha aşağıdır”.

Litva saytı oxucularını əmin edir ki, Bakının iri ticarət mərkəzlərində alış-veriş onlara böyük zövq verəcək./ AZƏRTAC/

OXŞAR XƏBƏRLƏR