Bu mağazalarda 20-50% endirim var – MAĞAZALAR, SİYAHI

Bu mağazalarda 20-50% endirim var – MAĞAZALAR, SİYAHI
Xəbərlər 23 Oktyabr 2017 00:20 4789
Bu mağazalarda 20-50% endirim var – MAĞAZALAR, SİYAHI

Həftə sonları məhsuldar alış-veriş etmək üçün ən yaxşı vaxtdır, xüsusilə mağazalarda cazibədar endirimlər olduqda. Seyyah.az sizin üçün həftə sonları alış-veriş üçün TOP ən yaxşı təklifləri hazırlayıb.

 

Paris Gallery-də 50%-dək endirim

Baku Shopping Festival çərçivəsidnə Paris Gallery mağazasında məşhur ətriyyat, kosmetika, saatlar, eynəklər, aksessuarlar və dəri məhsullar brendlərini sərfəli qiymətlə əldə etmək olar - 50%-dək endirim var.

 

Uşaq geyimlərinə endirim

20-31 oktyabr tarixlərində Clouds Kids Baku mağazasında Halloween münasibətilə uşaq geyimlərinə 30% endirim var.

 

Greenwich-də endirim

Greenwich mağazalar şəbəkəsində bütün brendlərə 30% endirim var. Endirimlər oktyabrın 30-dək davam edəcək.

 

 

Charles & Keith-də endirimlər

Charles & Keith mağazalarında mövsümarası endirimlər başlayıb. Amma endirim bütün məhsullara deyil, seçilmiş məhsullara aiddir - 30%-dək.

 

Mövsümarası endirimdən yararlanın!

New Look müştəriləri mövsüm arası endirimlərdən yararlanmağa dəvət edir. 28 Mall AVM-də yerləşən New Look mağazasında seçilmiş mallara 30%-dək endirimlər var.

 

La Vie en Rose-da endirimlər

La Vie en Rose mağazası mövsüm ortası güzəştli fürsətlərə dəvət edir. Burada satılan bəzi modelləri 30%-dək endirimlə əldə etmək olar.

 

 

50%-dək endirimlər

La Senza-da mövsüm arası endirimlər başlayıb. Bəzi mallara 50%-dək endirim olacaq.

 

United Colors of Benetton-da endirimlər

United Colors of Benetton və Benetton Kids-dən bəzi məhsullar 30% qədər endirimlə satılır.

OXŞAR XƏBƏRLƏR