AZAL Bakıdan Tailandın paytaxtına müntəzəm sərnişin reyslərini həyata keçirilməyə başlayır.
Bəs qiymətlər neçəyədir?
Səyyah.az turizm portalı xəbər verir ki, “Azərbaycan Hava Yolları” (AZAL) oktyabrın 29-dan etibarən Bakıdan Tailandın paytaxtı Banqkok şəhərinə (Suvarnabhumi Beynəlxalq Hava Limanı) müntəzəm sərnişin reyslərinin həyata keçirilməsinə başlayacaq. Bu, Azərbaycanın paytaxtından Cənub-Şərqi Asiyaya ilk birbaşa müntəzəm sərnişin aviareysidir.
Bakıdan Banqkoka aviareyslər çərşənbə axşamı və bazar günləri ekonom və “VIP-klub” sinif salonlu rahat “Boeing-767” laynerləri ilə yerinə yetiriləcək. Banqkokdan Bakıya aviareyslər isə bazar ertəsi və çərşənbə günləri həyata keçiriləcək.
Aviabiletin qiymətinə baqajın (23 kq-a kimi) pulsuz daşınması, soyuq və isti yeməklərin tam çeşidi daxildir.
TAİLANDA UÇUŞLARIN QİYMƏTİ BİZDƏ VƏ BAŞQA ÖLKƏLƏRDƏ
Tailand turistlərin maraq dairəsində olan ölkə olduğundan dünyanın əksər ölkələrindən, bir çox hava yolu şirkəti bu şəhərə uçuşlar edir. Bakıdan Tailanda yalnız oktyabrın 29-dan sonra birbaşa uçmaq olacaq. Bakıdan bu şəhərə gedib qayıtmaq 1551 manata başa gəlir.