"Volotea" hava yolları 1 AVRO'ya təyyarə biletlərini satışa çıxarıb. Seyyah.az xəbər verir ki, İspaniyaya məxsus aşağı büdcəli (low-cost) "Volotea" hava yolları 1 avroluq biletləri mütəmadi olaraq satır. Hava yolları il ərzində 3-4 dəfə belə kompaniyalar həyata keçirir. Bu dəfə isə bütün vergilər daxil 1 AVRO olan aviabiletlərinin növbəti partıyası satışa buraxıb. Çox vaxt bütün istiqamətlər üzrə aviabiletlərə qiymət olaraq 1 AVRO təyin edilir. Bu dəfə isə bu qiymətə olan aviabiletlər yalnız İtaliya və Fransa daxili uçuşlara şamil edilib. İndi alınan biletlərlə martda uçmaq olar. Biletin qiymətinə əl yükü və bütün yığımlar aiddir. Amma yer seçimi, təyyarədə yemək və yük yerində aparalan cantalar üçün əlavə ödəniş olmalıdır.