Türkiyə və Misir bu ölkənin turistlərini “əlindən alıb”

Türkiyə və Misir bu ölkənin turistlərini “əlindən alıb”
Xəbərlər 23 Oktyabr 2017 13:18 521
Türkiyə və Misir bu ölkənin turistlərini “əlindən alıb”

İspaniyanın peşəkar turizm Exceltur federasiyası 2017-ci ilin 3-cü rübünü analiz ediblər.

Belə ki, yay mövsümünün yaxşı keçməsinə baxmayaraq ölkənin turizm sahəsində narahatlıq keçirməsinə ciddi səbəblər var. Səyyah.az turizm portalı qərb mediasına istinadən xəbər verir ki, ispaniyalı ekspertlərin gəldiyi nəticəyə görə Misir və Türkiyə İspaniyaya gələn turistlərin böyük bir hissəsini öz ölkələrinə cəlb edə biliblər. Belə ki, İspaniyaya gələn turistlərin sayında 5.7% azalma müşahidə olunub. Əvəzində isə Türkiyə və Misirə yayda gələn turistlərin sayı  ötən ilin analoji dövrü ilə müqayisədə 45-50% çoxalıb. 

OXŞAR XƏBƏRLƏR