Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Etihad Airways” aviaşirkəti dünyanın ən bahalı təyyarə biletlərini satışa çıxarıb. Bildirilir ki, aviabiletin qiyməti 80,5 min dollardır. Bilet vasitəsilə Londondan Melburna uçmaq olacaq. Biletin sahibi təyyarədə 3 otaqlı VİP nömrə ilə təmin olunacaq. Səyyah.az turizm portalının məlumatına görə xəbəri BBC verib.