Bu ölkə qərar verdi - Şəhər mərkəzinə giriş 50 manat!

Bu ölkə qərar verdi - Şəhər mərkəzinə giriş 50 manat!
Xəbərlər 24 Oktyabr 2017 11:33 606
Bu ölkə qərar verdi - Şəhər mərkəzinə giriş 50 manat!

Birləşmiş Krallığın paytaxtı Londonda, şəhər mərkəzinə girişdə köhnə avtomobillərdən daha çox pul alınacaq. 11 funt-sterlinq olan şəhər mərkəzinə giriş ödənişi 21.5 funt-sterlinq (təxminən 50 manat) olaraq müəyyən olunub.


  Səyyah.az turizm portalı "BBC Radio 4"ə istinadən xəbər verir ki,  London Bələdiyyə sədri Sadık Han, 2006-cı ildən əvvəl qeydiyyata alınmış vasitələrin şəhər mərkəzinə girişlərində alınan ödəniş 10 funt-sterlinq artırılaraq 21,50 funt-sterlinqə yüksəldildilib.Qərarın paytaxtda bu gündən etibarən  tətbiqinə başlanıb. 
Londonda 2006-cı ildən sonra qeydiyyata alınmış vasitələrə isə şəhər mərkəzində həftə içi 07.00-18.00 saatlarında 11,50 funt-sterlinq "maşın tıxacı ödənişi" tətbiq olunur. 
Han, "Londonda hava çirklənməsi ilə əlaqədar bir böhranı var. Hər il təxminən 9 mindən çox insan hava çirklənməsi səbəbindən erkən yaşda həyatını itirir. Ciyərləri tam inkişaf etməmiş astmatik uşaqlar, bunama və ifliclə mübarizə aparan yaşlı xəstələr çirkli havadan birbaşa təsirlənirlər",-ifadələrini istifadə edib.

OXŞAR XƏBƏRLƏR