Ov həvəskarlarının nəzərinə: İcazə onlayn alınacaq

Ov həvəskarlarının nəzərinə: İcazə onlayn alınacaq
Xəbərlər 24 Oktyabr 2017 14:21 505
Ov həvəskarlarının nəzərinə: İcazə onlayn alınacaq

 

Azərbaycanda elektron xidmət növlərinin siyahısında dəyişikliklər edilib.

  Səyyah.az turizm portalı Trend-ə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarında məqsəd Azərbaycan Prezidentinin 2016-cı il 27 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.1-ci bəndinin icrasını təmin etməkdir.

Yeni qərarla “Elektron xidmət növlərinin Siyahısı”na aşağıdakı məzmunda bəndlər əlavə edilir:

- Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə iştirak üçün namizədin qeydə alınması;

- Notariat hərəkətləri, apostilin verilməsi və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə əlaqədar ödənişlərin internet vasitəsilə ödənilməsi;

- Məhkəmə rüsumlarının internet vasitəsilə ödənilməsi;

- İqtisadi mübahisələr üzrə elektron imza ilə təsdiq edilmiş iddia ərizələrinin və digər sənədlərin verilməsi və alınması;

- İqtisadi mübahisələr üzrə işlərdə iştirak edən şəxslərə həmin məhkəmə işləri üzrə məhkəmə baxışının gedişatı barədə məlumatın verilməsi;

- Əmr icraatı üzrə elektron imza ilə təsdiq edilmiş ərizələrin və digər sənədlərin verilməsi və alınması;

- Fiziki və hüquqi şəxslər tərəfindən zooloji kolleksiyaların yaradılması və zənginləşdirilməsi ilə əlaqədar icazənin verilməsi;

- Ovçuluq biletinin verilməsi;

- Torpaqların kateqoriyalara aid edilməsinə və onların bir kateqoriyadan digərinə keçirilməsinə dair rəyin verilməsi;

- Azərbaycan Respublikası Milli arxiv fondunun məzmunu və tərkibi haqqında məlumatların verilməsi.

OXŞAR XƏBƏRLƏR