Bu il ölkəmizin bölgələrindən birində daha bir otel istifadəyə verilib. Yeni fəaliyyətə başlayan otel Zaqatalada yerləşir. Seyyah.az turizm portalı xəbər verir ki, Evim hotel adlanan mehmanxanada 2 böyük ailə üçün otaqlar və 3 ədəd 2 nəfərlik otaqlar mövcutdur. Oteldə qonaqlama qiymətlərinə gəlincə isə rəqəmlər 40-50 manat arasında dəyişir. Bu qiymətə səhər yeməyi də daxildir. Bu bölgəyə gələnlər üçün Zaqatala turizm informasiya mərkəzinin köməkliyi ilə eko və dağ turları təşkil olunur (fins.az).