Bu bölgədə iki böyük otel tikilir - QAFQAZIN ƏN BÖYÜK HOVUZU OLACAQ

Bu bölgədə iki böyük otel tikilir - QAFQAZIN ƏN BÖYÜK HOVUZU OLACAQ
Xəbərlər 25 Oktyabr 2017 09:21 571
Bu bölgədə iki böyük otel tikilir - QAFQAZIN ƏN BÖYÜK HOVUZU OLACAQ

Lənkəranda iki böyük otel tikilir. Seyyah.az turizm portalı Lənkəran turizm informasiya mərkəzinə istinadən xəbər verir ki, otellərdən birinin tikintisinə İstusu yaxınlığında başlanıb. Hazırda tikilməkdə olduğu bildirilən istirahət kompleksinin böyük sahəni əhatə edəcəyi bildirilir. Burada yerləşəcək müasir otelin eyni anda 600 nəfər qonaq qəbul edə biləcəyi bildirilir.

Cənub zonasında tikiləcək digər bir otel kompleksinin isə Qafqaz Riversidenin yaxınlığında olacağı qeyd olunub. Tikilməkdə olan otelin eyni vaxtda 500 nəfər qonaq qəbul edəcəyi bildirilir. Həmçinin bu otelin digər bir fərqli cəhəti böyük hovuzunun olmasıdır. Belə ki, tikiləcək yeni otelin hovuzuna eyni vaxtda çoxlu sayda -500 nəfər insan daxil ola biləcək. Bu hovuzun Qafqazda ən böyük hovuz olacağı bildirilir (fins.az).

OXŞAR XƏBƏRLƏR