Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd bin Salman İordaniya və Misir torpaqlarının bir hissəsini də əhatə edəcək NEOM adlı böyük bir sərmayə şəhərinin tikiləcəyini açıqlayıb.
Səyyah.az turizm portalı marjaya istinadən xəbər verir ki, Şəhərin yaradılması üzrə ilk fazanın 2025-ci ildə tamamlanacağı bildirilir.Şahzadə tərəfindən verilən açıqlamada, "NEOM sıfırdan tikiləcək və əsrlər boyu tikilmiş bütün başqa yerlərdən fərqli olacaqdır", - deyib.
İnşa ediləcək yeni şəhər planına görə Qırmızı Dəniz üzərindən bir körpü də keçəcək. Şəhər həmçinin Misiri Afrikanın digər bölgələrinə də bağlayacaq. Şəhər üçün hazırda təxminən 26 min kvadrat kilometr bir sahə ayrılmışdır.
Şəhər, ərazisi üç ölkədə olacaq ilk "müstəqil xüsusi sahə" olacaqdır.