Azərbaycanda qış turizm mövsümünə ciddi hazırlıq görülüb

Azərbaycanda qış turizm mövsümünə ciddi hazırlıq görülüb
Xəbərlər 25 Oktyabr 2017 11:05 720
Azərbaycanda qış turizm mövsümünə ciddi hazırlıq görülüb

Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov deyib ki, istər yay, istərsə də qış turizmi mövsümündə Azərbaycanda hədəf ölkələr hədəf bazarları sayılırlar: “Bu ölkələr ilk növbədə Rusiya, Gürcüstan, İran, Türkiyə və ərəb ölkələridir. Son vaxtlar ərəb ölkələrindən Azərbaycana turist axını intensiv şəkildədir. Bu axınların mövsümü yoxdur. Onlar həm yayda, həm də qışda Azərbaycana gəlirlər”. O qeyd edib ki, dünya praktikasında da yay turizm mövsümü qış turizm mövsümü ilə müqayisədə daha güclü olur. Yayda istənilən ölkəyə, o cümlədən Azərbaycana da daha çox turist gəlir. Məlumat üçün bildirək ki, bu ilin iyun – avqust ayları ərzində rayonlara 860 mindən çox Azərbaycan vətəndaşı səfər edib. Bu ilin 8 ayı ərzində isə bu rəqəm 1 milyon 200 min nəfər olub. Yəni, yay ayları üzrə olan göstərici 8 ayın göstəricilərinin 70 faizini təşkil edir. Qış isə qabaqdadır. Səyyah.az turizm portalının məumatına görə artıq “Şahdağ” Qış-Yay Turizm Kompleksi qış mövsümünə hazırlıq işlərini başa çatdırmaq üzrədir. Elə İsmayıllıda, Qəbələdə də hazırlıq işləri davam edir.

OXŞAR XƏBƏRLƏR