Tallin Estoniyada ən bahalı şəhərlərdən biridir. Lakin ən bahalı Tallində yaşayış, mərkəzi Avropa şəhərlərindən ucuzdur. Şəhərda yerləşən arxitektur binalar keyfiyyətli qidalar və artmaqda olan əmək haqqları şəhəri bir qədər də cəlb edici edir.
Mənzillər
Son illər Tallində yerləşən mənzillərin qiymətində artın müşahidə olunur. Evlərin 1 kv metri 850-950 (1690-1899 manat) avro arasında dəyişir. Şəhərin ən bahalı küçələrində evlərin kv metrinə olan qiymət 1300 avrodur. Lakin əyalətlərdə qiymətlər bir qədər ucuzdur. Misal üçün Rusiya ilə sərhəd İdaViruma bölgəsində evlərin kv metri üçün dəyəri 200-500 (399-999 manat) avro arasında dəyişir.
Həmçinin mənzili icarəyə də götrmək olar. Amma Tallin icarədarları uzun müddətli kirayə ilə maraqlanılrlar. Tallində icarəyə evi tapmaqda dəllallar kömək olur. Bu zaman dəllala evin aylıq ödənişi qədər ödəniş etmək lazım olur. Üstəgəl bəzi komissiya haqqlarını ödəmək bu səbəbdən Tallində ev icarəyə götürən ilk ayda böyük xərc etmiş olur.
Estoniyada evlərə görə vergi ödənilmir. Lakin torpağa görə vergi ödənilir. Torpaq vergisini bina və ya həyət evində yaşamanızdan asılı olmayaraq ödəməli olcaqsız. Torpaq vergisi evin hansı bölgədə olmasından asılı olur. Şəhər mərkəzi və mərkəzə yaxın yerlər baha olur.
Ərzaq
Eurostatın hesablamalarına görə Estoniyada qida məhsullarının qiyməti digər Avropa ölkələri ilə müqayisədə 28% ucuzdur. Tallində aylıq ərzaq üçün xərclənən vəsait 200-250 (399-499 manat) avrodur. 24 oktyabr 2017-ci-ilə görə hazırda Tallində ərzaq məsullarının qiymətbu cürdür.
Süd - €0,6-0,8/litri
Xama - €5.2/ kq
Pendir - €6-10/kq
Ağ çörək - €0,73 – 1 ədədi
Düyü - €1/ kq
Yumurta - €1,23/12 1-ədədi
Təzə balıq - €6-12/kq
Toyuq əti - €3-5.5/ kq
Banan - €1-1,5/kq
Alma – €1-1,5/kq
Portağal - €1-1,3/kq
Pomidor – €1,7-2/kq
Xiyar – от €2,6/kq
Kartof – €0,4/kq
Pivə – €1-1,5/ 1-ədəd şüşə qabı
Tallin əhalisi əsasən alış-verişi üçün böyük supermarketlərə üz tuturlar.
Nəqliyyat
Tallin də ictimai nəqliyyat yaxşı inkişaf edib. Amma buna rəğmən əgər 1.4-1.6 litr mühərrikə malik Toyota və ya Wolsfagen almaq istəsəz o zaman 17-18(33984-35983 manat) min avro ödəməli olacaqsız. Tallində ictimai nəqliyyatdan bir dəfə gediş 2 avrodur. Bu arada Estoniyada 1 litr benzin 1-1.2 avrodur. ISIC Student və Scholar Card sahibləri ictimai nəqliyyatdan iki dəfə az ödəməklə istifadə edirlər.