Müxtəlif ölkələrdəki maraqlı restoranlar

Müxtəlif ölkələrdəki maraqlı restoranlar
Xəbərlər 26 Oktyabr 2017 09:41 1805
Müxtəlif ölkələrdəki maraqlı restoranlar

BU DƏFƏ SƏYAHƏTİMİZ RESTORAN VƏ KAFELƏRƏDİR 

Səyahət zamanı biz müxtəlif şəhərlərin tarixi yerlərini, muzeylərini, mədəniyyətini öyrəndiyimiz kimi mətbəxləri ilə də tanış oluruq. Bu da ən azı səyahət qədər zövqlüdür. Gəlin, Baba Ağayevin təqdimatında bəzi ölkələrdəki maraqlı restoran və kafeləri tanıyaq.

Yolunuz bu şəhərlərdən düşsə, mütləq baş çəkin:

1.THE TEST KİTCHEN, KEYPTAUN, CAR

the test kitchen1 - Müxtəlif ölkələrdəki maraqlı restoranlarPorsiyalar çox kiçik olsa da, mükəmməl dad yaradırlar. Bu restoran hər il dünyanın fərqli yemək jurnallarında “Dünya üzrə Top 50, Top 100 Restoranlar” listinə düşür. Yeməklər gözünüzün önündə hazırlanır. Təamlar doymaq üçün deyil, zövq almaq üçündür. Biraz toppuş olanlar buradan çıxandan sonra doymaq üçün McDonaldsa üz tuta bilərlər 

2.COPA LİMA, RİO, BRAZİLİYA

Copa Lima - Müxtəlif ölkələrdəki maraqlı restoranlar

Rionun mərkəzi Kopokabananın əsas mərkəzi küçələrində olan balaca “Fast Food” kafeləridir. Əjdaha burgerləri və təbii şirələri olur. 1 burger, 1şirə alıb, düşürsən 2 küçə aşağıdakı dünyanın ən məşhur çimərliklərindən sayılan Kopokabanaya. Oturursan sahildə və aldıqlarını vurursan bədənə . İnanın 5 Ulduz restoranlardakı yeməklərdən daha çox zövq alacaqsız 

3.THE RULES, LONDON, BİRLƏŞMİŞ KRALLIQ 

The Rules - Müxtəlif ölkələrdəki maraqlı restoranlar

Londonun ən qədim restoranıdır. 1798-ci ildən fəaliyyətdədir. Sezonuna düşsəniz, gündəlik ovlanmış ceyran, maral və digər heyvanların ətlərindən hazırlanmış təamların dadına baxa bilərsiniz. Təkcə interyer restoranın qiymətləri haqqında nəticə çıxarmanıza yardımçı ola bilər. Amma yeməklərin dadı interyeri ikinci plana salır. Bu restorana turistlər və yerlilər xüsusən onlarla növü olan ingilis pudinqlərinin dadına baxmağa gəlirlər.

4.CAFÉ DE TACUBA, MEKSİKO, MEKSİKA 

Café de Tacuba - Müxtəlif ölkələrdəki maraqlı restoranlar

Öz tarixinə uyğun freska və divar rəsmləri ilə dizayn edilmiş retsoranda Meksika mətbəxinin ən dadlı yeməklərini yeyə bilərsiniz. Restoran 1912-ci ildən fəaliyyət göstərir. Bütün interyer bir tarixdir. Mən ençiladas və miçelada sifariş vermişdim. Yeməkləri də çox dadlıdır. Heyif ki, Bakıda heçbir restoran, kafe, pub miçelada vermir.

5.TEXAS STEAK HOUSE, DUBAY, BƏƏ 

Texas Steak House - Müxtəlif ölkələrdəki maraqlı restoranlar

Burada yediyim steyk indiyə qədər daddıqlarımın ən möhtəşəmi idi. Dubai Mall-da (Fountain Restaurant Area – Lower Ground Level) yerləşir. Dubaya gedəndə burada özünüzə mütləq bir qonaqlıq verin 

6.MAMA AFRİCA, KEYPTAUN, CAR 

Mama Africa - Müxtəlif ölkələrdəki maraqlı restoranlar

Keyptauna gələnlər üçün “must be” restorandır. Qiymətləri biraz yüksək olsa da, timsah, dəvəquşu və bir çox başqa heyvanların ətlərindən hazırlanmış qrillərin və MicroBrewery-lərin dadına baxa biləcəyiniz yerdir. Yanında da canlı Afrika musiqisi ilə 

7.КОМПОТ, ODESSA, UKRAYNA

.jpg - Müxtəlif ölkələrdəki maraqlı restoranlar

Odessadan yolunuz düşsə, dovşan ətindən olan pelmenilərinin (kompotla ) və ənənəvi borşlarının dadına baxın.

OXŞAR XƏBƏRLƏR