Hansı daha əlverişlislidir?- turları onlayn saytlardan, yoxsa oflayn agentliklərdən əldə etmək?

Xəbərlər 17 Iyul 2014 00:00 1634
Hansı daha əlverişlislidir?- turları onlayn saytlardan, yoxsa oflayn agentliklərdən əldə etmək?

Azərbaycan həcminə görə aviabiletlərin onlayn alışı üsullarından istifadədə digər ölklərə nisbətən geridə qalmaqdadır. İnkişaf etmiş ölkələrin əksəriyyətində bu göstərici 50%-dən çox təşkil edir, Avropanın bəzi ölkələrində isə, məsələn Estoniya və Finlandiya, 80%-ə yaxınlaşır.  

Azərbaycanın bu məsələdə  geri qalmasının səbəbləri çoxdur.

Victory Tour şirkətindən bildiriıib ki, bura - kütləvi xarici səyahətlərin viza rəsmiyyətlərinə görə əlçatmamazlığı və gəlirin kifayət dərəcədə əldə edilməməsi daxildir. Bundan başqa, biletləri onlayn saytlardan əsasən özəl şəxslər xüsusi  səyahətlər üçün əldə edir. Eyni zamanda, təşkilatlar əvvəlki kimi işgüzar turizm agentliklərinə müraciət etməyə üstünlük verirlər.

Respublikamızda keçmiş illərə nisbətən internetin nüfuzu əhəmiyyətli dərəcədə yüksəlmiş, banklar isə  müxtəlif ödəmə sistemlərinin kartlarını təklif etməkdədir.Lakin hər bir bank kartı heç də beynəlxalq onlayn-ödənişlər üçün nəzərdə tutulmaya da bilər. Bu təhlükəsizlik tələblərinə cavab verməyən kredit kartlarına aiddir. Bu səbəbdən aviabiletləri onlayn almazdan öncə, həmin saytın ödəniş məsələlərini tənzimləyən bölməni diqqətlə öyrənmək lazımdır, əks təqdirdə  sifarişin bütün prosedurunu keçərək, ödəniş anında dayanmaq riski ilə üzləşə bilərsiniz.

ÇATIŞMAZLIQLARI HANSILARDIR?

Şirkətdən bildirdilər ki,  yaranan sualların  və problemlərin həllinə görə  müraciət etmək üçün əksər hallarda  şirkətin ünvanının olmaması;  xidmət üçün məsul şəxs ilə  əlaqənin olmaması; simasız dəstək xidməti;  şirkətin etibarlılığının yoxlanılmasının qeyri-mümkünlüyü;  xidmətdən imtina edildiyi halda müştərinin hesabına pulun uzun müddətə qaytarılması və ya heç qaytarılmamasının mümkünlüyü;  müqavilənin yoxluğu və istehlakçının hüquqlarının müdafiəsinin olmaması  biletin onlayn alımasının çatışmamazlıqlarıdır.

Həmçinin  demək lazımdır ki, onlayn bronetmə yalnız turistlər üçün əlverişli deyil, turizm şirkətlərinin özləri üçün də cəzbedicidir, çünki bu zaman müştəri ilə canlı ünsiyyət zamanı dəfələrlə azalır.

Onlayn agentlik müştərilərə eyni məhsulu təqdim edir, lakin bu zaman müştərilərlə əlaqə kanalları fərqlənir. Bu biznesə daha çox investisiya və resurs qoyulmasını tələb edir.

Əsas olaraq, nəzərdə tutmaq lazımdır ki, sifarişi onlayn edərək, sifarişin bütün parametrlərinə görə yalnız siz özünüz məhsuliyyət daşıyırsınız. Soyadın yazılışı, tarixlər, vaxt və reyslərin nömrələri, tarif – sistem yalnız sizin göstərdiyinizi rəsmiləşdirəcək.

Postfaktum səhvi düzəltmək və ya əməliyyatı ləğv etmək xaişi aviaşirkətin və ya OTA koll-mərkəzinə zəng etmək 99 faiz  tamamilə faydasızdır. 

Sistem sizə seçimin düzgünlüyünə uyğun olan düymələrin basmasıyla “davam etmək” və ya siz “razısınız” əmin olmağı dəfələrlə təklif edir və siz hüquqi əhəmiyyətli hərəkətlər edirsiniz.

 “Victory Tour” şirkətindən o da bildirilib ki,  ofisin və canlı insanların mövcudluğu, ofisə gəlmək  və lisenziyanı yoxlama imkanı, agentliyin işinin təşkilinin səviyyəsini yoxlamaq, onlayn saytlarda mümkün olmayan istədiyiniz suallara cavab tapmaqda və təcrübəli konsultantların məsləhətlərindən faydalanmaq imkanı,  axtarış və səfərin təşkilatında  vaxtın qənaəti,  turistin və səyahət firmasının arasında məcburi imzalanmış müqavilənin mövcudluğu oflayn aviabiletlərinin alınmasının üstünlükləridir. İş vaxtından kənarda əlçatmamazlıq (bəzi turizm şirkətləri öz müştərilərini 24 saat xidmət göstərirlər) oflayn aviabiletlərinin alması üçün hesab edilən çatışmamazlıqlar.

Sonda yekun vuraraq  demək olar ki, əlaqə kanallarının hər birinin öz pərəstişkarları vardır.


OXŞAR XƏBƏRLƏR